Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Dilçilik İnstitutuna direktor təyin olundu

Tarix: 28-10-2021 18:50     Baxış: 4207 A- / A+

Dilçilik İnstitutuna direktor təyin olundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna yeni direktor təyin olunub.Sfera.az xəbər verir ki, bu vəzifəyə tanınmış naşir, filologiya elmləri doktoru, professor Nadir Məmmədli təyinat alıb.
N.Məmmədli yeni təyinatı ilə bağlı məlumatı təsdiqləyib.
Qeyd edək ki, Məmmədli Nadir Baloğlan oğlu 1959-cu ilin sentyabrın 19-da anadan olub.
O, 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini, 1988-ci ildə isə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki xarici dillər iki illik fars dili şöbəsini bitirib.

N.Məmmədli əvvəllər də, yəni 1985-1992-ci illərdə Dilçilik İnstitutunda çalışıb. 1992-ci ildən isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında müəllim və dosent vəzifəsində işləyib. O, 4-ü dərs vəsaiti olmaqla 17 kitabın kitabın müəllifidir.
N.Məmmədli Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
O, "Nurlan" və "Elm və təhsil" nəşriyyatlarının təsisiçisidir./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar