Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Azəriqaz" Smart sayğacları niyə mexaniki sayğacla əvəzləyir? - Baş direktor açıqladı

Tarix: 28-10-2021 17:55     Baxış: 4208 A- / A+


"Azəriqaz" İstehsalat Birliyi abonentlərin istifadəsində olan Smart tipli qaz sayğaclarının mexaniki sayğacla dəyişdirilməsinin səbəblərini açıqlayıb.
Manevr.az xəbər verir ki, məsələyə aydınlıq gətirən "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, qaydalara görə əhali abonentlərinin istifadəsində olan sayğaclar 5 ildən-bir dövlət yoxlamasından keçməlidir: "Ona görə də 5 ildən-bir biz bu sayğacları dəyişərək dövlət yoxlamasına göndəririk.
Qaldı ki sayğacların dəyişdirilməsinə, "Azəriqaz" 2021-ci ildən Smart qurğulu sayğacların tətbiqinə başlayıb. Bu gün də bizim istehsalatda 3 növ sayğacdan istifadə olunur. Bunlar Smart tipli sayğac, Smart qurğulu sayğac və mexaniki sayğaclardır. Bu sayğacların 3-nün də iş prinsipi eynidir. Bu ildən etibarən isə mexaniki tipli sayğacların üzərində xüsusi qurğular quraşıdırmaq istəyirik. Biz bu qurğuların quraşdırılması üçün mexaniki sayğacların quraşdırılmasına başlamışıq. Həmin qurğular Smart tipli sayğaclarda deyil, məhz mexaniki sayğaclar üzərində quraşdırılacaq.
Digər tərəfdən, artıq Avropanın əksər ölkələrində Smart sayğaclardan imtina edilib. Çünki, məhsulun istifadə olunmadan haqqının ödənilməsi qəbul edilmir".
R.Əliyev bildirib ki, hazırda mexaniki sayğacların qiyməti Smart sayğacların qiymətindən çox ucuzdur və bu da büdcəyə kifayət qədər qənaət deməkdir.trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar