Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: "Azərbaycanlılarla ermənilərin birgə yaşaması mümkündür, zamanla yeni qohumluqlar yarana bilər"

Tarix: 28-10-2021 11:32     Baxış: 3183 A- / A+




"Tarix boyu müxtəlif xalqlar arasında  müharibələr baş versə də, zaman keçdikcə onlar sülh bağlayıb və bir yerdə yaşamağa başlayıblar. Bu baxımdan yanaşsaq, Qarabağda azərbaycanlılarla ermənilərin də birgəyaşayışının mümkün olduğunu deyə bilərik. Belə olan halda, zaman-zaman yeni qohumluqlar yarana bilər. Ümumiyyətlə, diqqət etsək, Moskvada, Rusiyanın digər şəhərləri və başqa xarici ölkələrdə azərbaycanlılarla ermənilərin qardaş kimi yaşadıqlarını müşahidə edə bilərik. Burada münaqişə yaradan, ortalığı qarışdıranlar isə şovinistlərdir".
 
Manevr.az xəbər verir ki, bunu pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
 
Deputat bildirib ki, Azərbaycan tarixində də belə tendensiyalar yaşanıb: "Cəfər Cabbarlının "1905-ci ildə" əsərini, yəqin ki, oxumusunuz. Elə həmin vaxtlar ermənilər azərbaycanlıların başına min cür oyun gətirib, Bakıda, Şamaxıda, Qubada, Gəncədə soyqırımlar törədiblər. Lakin bu iki xalq daha sonra Sovetlər dönəmində uzun müddət yenə birgə yaşayaraq tarixin tələbinə cavab veriblər. Bunun üçün ağıllı və uzaqgörən olmaq, başqasına yuxarıdan aşağı baxmamaq lazımdır. Təəssüf ki, ermənilərin qanında olan şovinistlik tarix boyu onlara porblem yaradıb. Ermənilər ən qədim tarixə və ən qədim dinə  malik xalq olduqlarını hesab edirlər, elə bilirlər ki, ali irqdirlər. Onlar uzun illər boyu başlarına yeridilən həmin ideologiyadan uzaqlaşa bilmirlər. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməklə Qarabağda azərbaycanlılarla bərabər yaşaya bilərlər. Yəni, ermənilər bizim qanunları qəbul etsələr, birgəyaşayış mümkündür. Mən inanıram ki, sadə xalq nümayəndələri düşmən kimi yaşamağı və müharibəni istəmirlər. Vaxtilə Qarabağı münaqişə ocağına çevirənlərin, Sərkisyan kimilərin keçmişi ləkəlidir, onlar cinayətkar və dələduzdurlar. Həmin şəxslər ermənilərin qanı üzərindən hakimiyyətə gəldikləri üçün indi erməni xalqı tərəfindən qəbul edilmirlər. Erməni xalqını və dövlətini güdaza verən belə qruplaşmaların fəaliyyəti, əlbəttə ki, nəticəsiz qaldı. Ötən 30 il ərzində torpaqlarımızı işğalda saxlayıb, sərvətimizi taladılar, lakin tarixi ədalətin bərpa edildiyi gün gəldi, Azərbaycan Vətən müharibəsində qələbə qazandı və Ermənistanı çökdürdü. Bütün bunların fonunda xalqlar barışığa gələrək birgəyaşayışa razı olmalıdırlar. Hesab edirəm ki, bu, tarixin tələbidir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar