Xəbər lenti
Avtobuslarda bank kartı ilə ödəniş reallaşır
Bu gün paytaxtdakı sərnişindaşıma avtobuslarının 77%-dən çoxu "BakıKart” sisteminə inteqrasiya olunub.
Manevr.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.Onun sözlərinə görə, qalan digər avtobusların əksəriyyətində bu istiqamətdə aparılan texniki işlər yekunlaşıb və hazırda fasiləsizlik qorunmaqla kartoxuyucu cihazların quraşdırılması işləri aparılır. "Quraşdırılan kartoxuyucular yeni ödəniş sistemlərinin, həm NFC, həm də birbaşa təmassız bank kartları ilə ödənişlərin qəbuluna imkan yaradacaq”, - deyə M. Ağayev qeyd edib.
O həmçinin əlavə edib ki, "BakıKart”ın balansının artırılması üsullarının təkmilləşdirilməsi və müasirləşdirilməsinə dair strategiya hazırlanıb və görülən işlər bu strategiyaya uyğun aparılır: "İşlər mərhələli şəkildə aparılır. İlkin olaraq "BakıKart” tətbiq olunanda ödəmə terminalları yalnız avtobus dayanacaqlarında və bəzi iri ticarət mərkəzlərində quraşdırılırdı. Bu terminallar sərnişinlərin daha çox olduğu yerlərdə qoyulurdu.
Növbəti mərhələ dayanacaqlardan kənar ödəmə imkanlarının təmin olunmasıdır ki, biz artıq bu işlərə başlamışıq. Məsələn, bu gün 1 200-dən çox olan "MilliÖn” ödəniş terminallarının 90%-i artıq "BakıKart” sisteminə inteqrasiya olunub və ödənişlər qəbul olunur. Digər terminalların da inteqrasiyası istiqamətində işlər yekunlaşmaq üzrədir”
Bundan əlavə, BNA rəsmisi əlavə edib ki, kartların balansını (online.bakikart.az) internet platforması üzərindən də artırmaq imkanı yaradılıb. "Bakı ərazisində "OBA” marketlərlə də "BakıKart” ödənişlərinin qəbul olunması üçün POS-terminalların quraşdırılmasına dair razılıq əldə olunub. Növbəti mərhələdə gediş haqlarının NFC və bank kartları vasitəsilə ödənişlərinin təşkilidir ki, bu da elə də uzaq olmayan bir müddətdə mümkün olacaq”, - deyə M. Ağayev əlavə edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar