Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yas mərasimləri ilə bağlı VACİB AÇIQLAMA

Tarix: 27-10-2021 18:18     Baxış: 4168 A- / A+


Hazırda Azərbaycanda bir çox hallarda yas mərasimlərinin təşkili müşahidə olunur, adi qaydada yas mərasimləri keçirilir. Lakin məlumdur ki, pandemiya səbəbindən yas mərasimlərinin keçirilməsində məhdudiyyətlər var.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva deyib ki, hazırda pandemiya səbəbindən yas mərasimlərinin keçirilməsinə qoyulan məhdudiyyətlər qüvvədədir: “Bu gün qlobal problemlər siyahısında ön sırada koronavirus pandemiyası dayanır. İki ilə yaxındır ki, bütün dünyada koronavirusla bağlı kütləvi toplantıların və tədbirlərin keçirilməsinə müvəqqəti məhdudiyyətlər qoyulub.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı məhdudiyyət hələ də qüvvədədir.

Böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmin edilməsi az qala qeyri-mümkün olan yas mərasimləri virusun daha çox insan arasında yayılması ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, özünü və cəmiyyəti qorumaq məqsədilə hər bir vətəndaşın Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əməl etməsi zəruridir”./trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar