Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda şəhid Kənan Əhmədovun il mərasimi keçirildi - Şəkil

Tarix: 27-10-2021 17:14     Baxış: 3158 A- / A+

Bu gün Sumqayıt şəhərində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidimiz  Kənan Ləzgi oğlu Əhmədovun il mərasimi keçirilib.

Manevr.az xəbər verir ki, deputat Müşfiq Məmmədli məclisdə iştirak edib, şəhidin ailəsinə, yaxınlarına səbr diləyib.
Qeyd edək ki, Kənan Ləzgi oğlu Əhmədov 1995-ci il fevralın 15-də Qaraqoyunlu elinin Yuxarı Çaykənd kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsi döyüşlərinə qoşulub, Füzuli və Cəbrayıl rayonu istiqamətində döyüşlərdə şücaət nümayiş etdirib. Oktyabrın 25-də Fuzuli və Cəbrayıl arasında gedən ağır döyüşlərdə şəhid olub.
Kənan Ləzgi oğlu Əhmədov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamları ilə “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar