Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Metroda sıxlığın aradan qaldırılması üçün yeni nəzarət qrupları yaradılıb

Tarix: 26-10-2021 20:14     Baxış: 4221 A- / A+


Metroda sərnişinlərinin sayının artmasına görə Bakı metropoliteni stansiyalarında gücləndirilmiş iş rejimində çalışan yeni nəzarət qrupları yaradıb.
Bunu açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda stansiyalarda sıxlığın yaranmaması, Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə bağlı qəbul etdiyi qərar və tapşırıqlara əməl olunması ilə bağlı nəzarət tədbirləri həyata keçirilir: "Bakı metropoliteni bununla bağlı fəaliyyətində bir neçə istiqaməti prioritet müəyyən edib. İlk olaraq, metropolitendə yaradılan monitorinq qrupları sərnişin axınını öyrənməyə başladı. Hazırda stansiyalarda gündəlik sərnişin sayı, daşıma prosesinin təşkili, buna uyğun qatarların hərəkətinin tənzimlənməsi prosesi aparılır. Bununla bağlı qruplar xüsusi rejimdə işləyir, sərnişin hərəkəti izlənilir, sıxlığa nəzarət edilir. Hazırda metroda sıxlıq yaranmasının qarşısı tənzimlənmə üsulu ilə alınır".
B.Məmmədov qeyd edib ki, hazırda metropoliten əməkdaşlarından ibarət monitorinq qrupları stansiyalarda pandemiya qaydaları ilə bağlı metodiki göstərişlərə əməl edilməsi üçün ciddi maarifləndirmələr aparır, tövsiyələr edirlər: "Hazırda qatarlar arasında gecikmələrə rast gəlinməyib, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılır, ehtiyac yaranacağı təqdirdə həmin ehtiyat qatarlar xəttə buraxılır və bununla da stansiyada ciddi sıxlığın yaranmasının qarşısı alınır. Əsasən, səhər və axşam pik saatlar nəzarətdə saxlanılır".trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar