Xəbər lenti
İnsanın beyni min illər əvvəl kəskin balacalaşıb: Böyüyəcəyi inandırıcı deyil
İnsan beyninin ölçüsü tarixdə zamanla bir neçə dəfə dəyişib. Amma 3 min il əvvəl kəskin balacalaşma prosesi baş verib. Tədqiqatlar göstərir ki, sosial çevrələrin formalaşması bu məsələdə vacib rol oynayıb. Amerikalı tədqiqatçılar 985 daşlaşmış insan beyni üzərindəki araşdırmadan belə qənaətə gəliblər. Ortaya maraqlı nəticələr çıxıb.
Manevr.az xəbər verir ki, tədqiqatçılar 2.1 milyon və 1.5 milyon il əvvəl insan beyninin böyüməsini aşkar edib. Amma 3 min il əvvəl əks proses müşahidə olunub. Qədim insanlar biliklərin paylaşıldığı sosial çevrələr formalaşdırmağa başlayıb. Müəyyən vəzifələr üzrə mütəxəssislər üzə çıxıb. Bu da beynin daha kiçik və səmərəli olmasıyla nəticələnib. Fərziyyə ondan ibarətdir ki, qədim insanlar məlumat saxlamaq üçün daha az beyin enerjisinə ehtiyac duymağa başlayıb. Bu mənada müasir insanın beyninin nisbətən kiçik olması təbiidir. Çünki texnologiya üzərinə böyük məsuliyyət götürür.Boston Universitetindən olan elm adamı Ceyms Traniello deyir ki, beynin balacalaşması kollektiv intellektdən asılılığın azalmasına görə baş verib. Yəni “bir dəstə insanın ağlı qrupdakı ən ağıllı adamın ağlından çoxdur” fəlsəfəsi işə düşüb.
“Bu fikir “kütlənin müdrikliyi” adlandırılır. Ümumi kiçilməyə baxmayaraq, insan beyni son 6 milyon il ərzində 4 dəfə böyüyüb”.
Dartmut kollecindən olan tədqiqatçı Ceremi De Silva qəti fikir bildirməyin tərəfdarı deyil. Onun sözlərinə görə, antropoloqlar üçün insan beyninin əcdadından daha kiçik formaya gəlməsi sirr olaraq qalır.
Traniello isə konkret danışır. O, qarışqaların həyat tərzinin müşahidəsini qeyd edir. Bu həşəratlar kollektiv yaşam formasına böyük üstünlük verirlər. Belə davranış beynin yükünü azaldır.
Kiçik beyin az enerji tələb edir. Tədqiqatçılar bildirir ki, qədim insan zamanla özündə daha az məlumat saxlamağa başlayıb. Sosiallaşma təsirini göstərib. İnsan beyni yalnız azalma istiqaməti götürüb./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar