Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

Bir cümlədə 6 səhv edən deputat: "Fəaliyyətimə kölgə salmaq istəyirlər"

Tarix: 26-10-2021 12:10     Baxış: 4233 A- / A+





Bazar günü Özbəkistanda keçirilmiş prezident seçkiləri kifayət qədər şəffaf yekunlaşdı. Azərbaycanlı müşahidəçilər olaraq, təxmini 20-25 seçki məntəqəsində seçkiləri müşahidə etdik”.

Manevr.az xəbər verir ki, bunu modern.az-a oktyabrın 25-də Özbəkistanda keçirilmiş prezident seçkilərini müşahidə etmiş deputat Cavanşir Paşazadə deyeputat bildirib ki, hava durumunun da əlverişli olması nəticəsində özbəklər prezident seçmək üçün səsverməyə həvəslə qatılıblar.
Cavanşir Paşazadə ötən gündən etibarən mətbuatda haqqında paylaşılan məlumatlara da cavab verib:
“Mən başa düşmürəm ki, niyə bəzi insanlar hər şeydə neqativ axtarırlar, fürsətdən istifadə edib, dərhal tənqidə əl atırlar. Mənim telefonumda seçki ilə bağlı şəkillər var idi. Müşahidəylə məşğul olduğum üçün sürücüm şəkilləri sosial şəbəkə səhifəmdə yerləşdirirdi. Paylaşımdakı orfoqrafik səhvlərə də o zaman yol verilib.
Mən bir deputat olaraq, həmişə işimin başında, seçicilərimin yanında, görüşlərdəyəm. Təəssüf ki, bəzi insanlar gördüyümüz işlərə kölgə salmağa çalışırlar. Lakin inanıram ki, yaxşı işlərə mane ola bilməzlər.
Mən hər zaman dövlətimə, xalqıma sadiq olmuşam. Hesab edirəm ki, fürsətdən bi cür istifadə edənlər mənim fəaliyyətimə kölgə sala bilməyəcəklər”.
Qeyd edək ki, Cavanşir Paşazadənin Facebook hesabında Özbəkistandakı seçkilərlə bağlı ötən gün yerləşdirilən paylaşımı tənqid olunub.
Deputatın paylaşımında orfoqrafik səhvlərə yol verilməsi qısa müddətdə müzakirələrə səbəb olub.
Nəticədə C.Paşazadə sözügedən paylaşımı silib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar