Xəbər lenti
Deputat Müşfiq Məmmədli Sumqayıtda şəhidlərin il mərasimlərində iştirak edib - ŞƏKİLLƏR

44 saylı Sumqayıt-Xızı seçki dairəsinin deputatı Müşfiq Məmmədli Vətən müharibəsi şəhidlərinin Sumqayıtda keçirilən ildönümü mərasimlərində iştirak edib.
Manevr.az xəbər verir M. Məmmədli 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Namiq Quliyevin, Elçin Cəbrayılovun, Novruz Məmmədovun və Müzəffər Ağalıyevin Sumqayıtda keçirilən il mərasimlərinə qatılıb. Deputat şəhidlərin ailələrinə başsağlığı verib və onların xatirəsinin daim qəlblərdə yaşayacağını bildirib.
Həmçinin, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dualar oxunub, döyüş yolları barədə söhbət açılıb.
Müşfiq Məmmədli qeyd edib ki, ölkəmizdə hal-hazırda formalaşmış nizami ordunun şücaəti və cəsarəti sayəsində xalqımız düşmən üzərində tarixi qələbəni əldə edib və bununla da "Böyük Ermənistan” yaratmaq xülyasına son qoyulub.
Manevr.az





.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar