Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir

Tarix: 26-10-2021 09:08     Baxış: 3236 A- / A+

Böyük Britaniyadakı müxalif Leyboristlər Partiyasının sözçüsü Reyçl Rivz ölkədə koronavirusa yoluxma hallarının sürətlə artdığını, ekspertlər isə bizi qarşıda ən pis qışın gözlədiyini açıqlayıb.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, Rivz artan yoluxmalar fonunda hökumətin təcili B planına keçməsini təklif edib. BBC-nin Endryu Marr şousuna qatılan Rivz deyib ki, hökumət A planını gerçəkləşdirməkdən daha çox iş görməlidir.
Baş nazir Boris Conson və Səhiyyə naziri Sacid Cavid isə koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, daha sərt məhdudiyyətlərə keçməməkdə günahlandırılır. İngiltərədə qış mövsümündə COVID-19 ilə mübarizə planı çərçivəsində hazırlanan strategiyaya əsasən, hazırda qüvvədə olan A planı davam edir. Plana əsasən, təxminən 30 milyon nəfər gücləndirici peyvəndlər vurdurmalıdır, 12-15 yaşlı sağlam yeniyetmələrə bir doza kifayətdir, həmçinin qapalı məkanlarda maska taxmaq şərtdir.

Qeyd edək ki, Böyük Britaniyanın Səhiyyə naziri Sacid Cavid qış aylarında ölkədə koronavirusa yoluxanların sayının gündə 100 minə çata biləcəyi barədə xəbərdarlıq edib. Digər tərəfdən, səhiyyə işçiləri hökuməti qışda "böhrandan" qaçmaq üçün təcili olaraq bəzi tədbirlər görməyə çağırıb. Lakin hökumət bütün bu çağırışlara laqeyd qalmaqda və adekvat tədbirlər görməməkdə ittiham olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar