Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azad olunan rayonlarda yeni hərbi obyektlər istifadəyə verildi - ŞƏKİL/VİDEO

Tarix: 22-10-2021 17:24     Baxış: 4192 A- / A+

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad olunan rayonlarda yeni inşa edilən modul tipli qurğuların, eləcə də əsaslı təmir olunan yerləşmə məntəqələrinin və digər hərbi təyinatlı obyektlərin açılışında iştirak ediblər.
Nazirlikdən verilən məlumata görə, nazirə məruzə edilib ki, müasir avadanlıq, mebel və inventarlarla təchiz olunan komplekslər hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını tam təmin edir.
Mərkəzi istilik sistemi quraşdırılan bu hərbi hissələrdə silah otağı, yataqxana, yeməkxana, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.
Həmçinin, ətrafda abadlıq işləri aparılıb və müxtəlif növ ağaclar əkilib. Hərbi qulluqçuların asudə vaxtını səmərəli keçirmələri üçün lazımi şərait yaradılıb.
Azad olunan rayonlarda hərbi hissələri isti çörəklə təmin edən çörəkbişirmə sexi, şəxsi heyətin qidalanması üçün müasir avadanlıqla təchiz edilmiş mətbəx və yeməkxanalar da istifadəyə verilib.
Təlim-məşq tapşırıqlarının icrası üçün yeni inşa edilən poliqonun infrastrukturu ilə tanış olan nazirə məlumat verilib ki, burada hərbi qulluqçuların peşakarlığının daha da yüksəldilməsi məqsədi ilə ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılan, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək.
Tikinti işlərinin gedişatını yoxlayan müdafiə nazirinə məruzə olunub ki, hazırda inşası davam etdirilən yaşayış məntəqələrinin və inzibati binaların tikintisinin ən qısa müddətdə yekunlaşması və hərbi qulluqçuların istifadəsinə verilməsi nəzərdə tutulub. Nazir inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar