Xəbər lenti
Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən 3 nəfərin cəzası azaldıldı

Ali Məhkəmədə Gəncənin Sabiq icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən şəxslərin kassasiya şikayətinə baxılıb.
Manevr.az xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar açıqlanıb.Qərara əsasən, təqsirləndirilən şəxslərdən Ürfan Məmmədov və Oqtay Hüseynzadəyə qarşı irəli sürülmüş qəsdən adam öldürmə, terrorçuluq, mütəşəkkil dəstə yaratma da daxil olmaqla, 19 maddə ilə ittihama xitam verilib. Ali Məhkəmə Ürfan Məmmədovu yalnız CM-in 307.3 (xüsusilə ağır cinayəti gizlətmə), Oqtay Hüseynzadəni isə 220.1 (kütləvi iğtişaşları təşkil etmə və ya iştirak) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə təqsirli hesab edib. Qərara görə, Ü. Məmmədovun cəzasını 18 ildən 5 ilə, Hüseynzadənin cəzasını isə 18 ildən 10 ilə endirib.
Daha bir təqsirləndirilən Abbas Abbasovun cəzası 9 ildən 7 ilə endirilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































