Xəbər lenti
Xərçəng olan Əməkdar artistin mədəsini kəsdilər

Əməkdar artist Niftulla Əsgərov əməliyyat olunub.
Manevr.az bildirir ki, bu haqda aktyor axam.az-a açıqlamasında danışıb. Xərçəngdən əziyyət çəkən N.Əsgərov hazırda özünü yaxşı hiss etdiyini deyib:
"On gündür xəstəxanada yatıram. Əməliyyat olundum, bütün mədəmi kəsib götürdülər. Çünki şiş böyük idi, orda qalmasın deyə mədə bütöv götürüldü. Hazırda palataya köçürülmüşəm. Hələ həkim evə buraxılmağı məsləhət görmür. Bəlkə gələn həftə evə buraxıldım".
Qeyd edək ki, N.Əsgərov bir müddət əvvəl ürəyindən əməliyyat olunduğunu demişdi. O bildirib ki, ürəyinə stend qoyulub.
Xatırladaq ki, aktyor "Qərib cinlər diyarında", "Bığ əhvalatı", "My name is İntiqam", "Bayram axşamı" kimi filmlərdə rol alıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































