Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Zəngilanda çalışmaq üçün bu iş yerləri təklif olunur - SİYAHI

Tarix: 22-10-2021 14:06     Baxış: 4199 A- / A+


Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfər ediblər.

Manevr.az xəbər verir ki, dövlət başçısı və birinci xanım rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.
Qeyd edək ki, hazırda layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir.
Hazırda Zəngilanda özəl investisiya və məşğulluq layihələri mövcuddur. Bu layihələr sayəsində vətəndaşlar üçün yaradılan iş yerlərinin siyahısını təqdim edirik:
Camışçılıq ferması və camış südünün emalı: 30 iş yeri
Əmtəə betonunun istehsalı zavodu: 23 iş yeri
İntensiv xurma bağları: 100 daimi və mövsümi iş yeri
Otel və turizm: 30 iş yeri
İctimai iaşə obyektləri: 44 iş yeri
Kənd təsərrüfatı: 200 daimi və mösümi iş yeri
Dövlət müəssisələri: 80 iş yeri.
Məlumat üçün bildirək ki, iş axtaran hər kəs e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər. İnternetə çıxışı olmayan və elektron platformadan istifadə etməyi bacarmayan vətəndaşlar isə öz əraziləri üzrə məşğulluq filiallarına yaxınlaşaraq Zəngilan və rayonlardakı vakansiyalar barədə məlumat ala bilərlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar