Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sabiq bələdiyyə sədri külli miqdarda pulu mənimsəyib

Tarix: 21-10-2021 13:51     Baxış: 4167 A- / A+


Ağcabədidə sabiq bələdiyyə sədrinə cinayət işi açılıb. 
Manevr.az xəbər verir ki, Ağcabədi rayon Minəxorlu kənd bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. 
İbtidai istintaqla müəyyən edilib ki, Minəxorlu kənd bələdiyyəsinin sabiq sədri Ədalət Mənsimov işlədiyi müddətdə öz qulluq mövqeyindən tamah niyyətilə istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib 5 min 839 manat məbləğində bələdiyyə vəsaitini bələdiyyənin hesabından məxaric edib mənimsəyib, bələdiyyə torpaqlarının ayrı-ayrı şəxslərin istifadəsində qalmasına qanunsuz şərait yaratmaq məqsədilə həmin torpaq sahələri üzrə hərrac müsabiqəsi nəticəsində müəyyən olunmuş icarə haqqı qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı salınmasına dair məsələni heç bir hüquqi əsas olmadan bələdiyyə üzvlərinin müzakirəsinə çıxararaq buna dair qərar qəbul olunmasına nail olmaqla hərrac müsabiqəsi ilə müəyyən edilmiş icarə haqqının bir neçə il ərzində bələdiyyə xəzinəsindən kənarda qalmasına səbəb olaraq bələdiyyənin qanunla qorunan mənafeyinə 80 min manat məbləğində maddi zərər vurub, həmçinin ayrı-ayrı şəxslərin istifadəsinə bələdiyyə torpaqlarının veriləcəyi ilə bağlı yalan vədlər verərək onlardan ümumilikdə 7 min 500 manat məbləğində pul alaraq dələduzluq edib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Ədalət Mənsimov Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq törədildikdə), 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar