Xəbər lenti
Nazir müavini əməkhaqları və pensiyaların artırılmasından danışdı
"Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələrək sosial artımlarla bağlı növbəti iki ay ərzində təkliflər hazırlanmalıdır. Bu artımlar əsasən əməkhaqlarını, əmək pensiyalarını və sosial müavinətləri, eləcə də təqaüdləri və digər sosial ödənişləri əhatə edir”.
Manevr.az bildirir ki, bunu "report”a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, artımlar genişmiqyaslı olacaq:
"Təxminən 1 milyon 800 min nəfərədək vətəndaşımız bu artımdan yararlana biləcək. Hazırda növbəti ilin dövlət büdcəsinin müzakirəsi gedir. Düşünürük ki, proseslər paralel aparılacaq. Gələn ildən yeni artımların şahidi olacağıq”.
Nazir müavini xatırladıb ki, sosial artımlar 2019 və 2020-ci illərdə də olub:
"Bu artımlar həmin sosial islahatların məntiqi davamı olacaq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar