Xəbər lenti
Daha bir marşrut xəttində “BakuBus” avtobusları işləyəcək

205 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarçısı dəyişdirilərək fəaliyyəti bərpa edilib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sabahdan 205 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus” avtobusları ilə icra ediləcək.
205 nörməli marşrut xətti üzrə hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, marşrut xətti "Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi və 20-ci Sahə ərazisi ilə Bakı Metropoliteninin "Nəsimi” stansiyasını əlaqələndirəcək. Bununla da, Qaradağ rayonunun müxtəlif qəsəbələri üzrə sakinlərinin, eləcə də bu istiqamətdə çalışan əhalinin ictimai nəqliyyata olan tələbatının ödənilməsi daha da yaxşılaşacaq.
Nöqsanların aradan qaldırılması ilə bağlı daşıyıcı qarşısında məsələ qaldırılsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar