Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan elektrik enerjisinin satışından nə qədər gəlir əldə edib?

Tarix: 19-10-2021 08:55     Baxış: 3218 A- / A+

2021-ci ilin doqquz ayında Azərbaycan xaricə 37 749 350 dollar dəyərində 934 776 070 kilovat/saat elektrik enerjisi satıb.

Manevr.az xəbər verir ki, oxu.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ümumi ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 149 926 920 kilovat/saat və ya 13,8 faiz, ixracdan əldə etdiyimiz gəlir isə 14 149 620 dollar və ya 27,3 faiz azalıb.
Təkcə sentyabr ayında ölkədən 62 718 090 kilovat/saat elektrik enerjisi ixrac edilib və bir ay ərzində elektrik enerjisi ixracından 2 544 030 dollar gəlir əldə olunub.

Azərbaycan ötən ilin sentyabr ayı ilə müqayisədə elektrik enerjisi satışını 2,3 azaldıb. Sentyabr ayı ərzində elektrik enerjisi ixracından əldə edilən gəlir isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə azalıb.
Qeyd edək ki, 2020-ci ilin doqquz ayı ərzində Azərbaycan 51 898 970 dollar dəyərində 1 084 702 990 kilovat/saat elektrik enerjisi ixrac edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar