Xəbər lenti
“Bir nəfər var idi, vətən naminə ölməyə hazır idi, amma 5 mindən çox uşağı qurban verdi”
“Bir nəfər var idi, vətən naminə ölməyə hazır olduğunu deyirdi, amma 5 mindən çox uşağı qurban verdi”.
Bu fikirləri Parlamentin “Ermənistan” fraksiyasından olan deputatı Artur Kazinyan səsləndirib:
“Biri var idi, Vətən naminə ölməyə hazır olduğunu söyləyirdi, amma 5 mindən çox uşağı – əsl vətənpərvərləri qurban verdi. Özü isə təhlükəsizliyini ikiqat artırır və ətrafındakı polislərin sayını çoxaldır.
İndi Ermənistan naminə həbsxanaya düşməyə və sərvətini itirməyə hazır olan başqa biri üzə çıxıb. Anlaya bilmirəm! bunlar eyni suyu içirlər, yoxsa yalan və populizm üçün hava ilə daxil olan xüsusi vaksin istifadə edirlər?
Daha sonra Artur Kazinyan xeyriyyəçi və milyarder Ruben Vardanyanın bir müddət öncə Ermənistanın İctimai Televiziyasına müsahibəsi zamanı verdiyi açıqlaması ilə fikirlərini tamamlayıb: “Artsax” mənim üçün qırmızı xəttə çevrilib. Əgər Qırmızı xətti keçsəm, bu o deməkdir ki, mən Rusiya və Ermənistanda hər şeyimi itirməyə, hətta həbsxanaya getməyə hazıram. Əgər siyasi mübarizə hüquqi müstəvidə getməsə, o zaman haqqımda ən pis şeylərin yazılmasına hazıram. Qərara gəlmişəm ki, “Artsax”ın və Ermənistanın gələcəyi, şəxsi sərvətimdən, ailəmin təhlükəsizliyindən və mənimlə bağlı hər hansı bir məsələdən daha vacibdir”.
Deputat Artur Kazinyan milyarder Ruben Vardanyanın məhz bu fikirlərini populist və yalan adlandıraraq, onu tənqid edib. konkret.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar