Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sənədsiz evlərin məsələsi nə vaxt həll olunacaq?

Tarix: 15-10-2021 16:16     Baxış: 4193 A- / A+




Sənədsiz evlərlə bağlı məsələ Azərbaycanda uzun illərdir gündəmi zəbt etməkdə davam edir.
Manevr.az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı və onun ətrafında sənədləşmə aparılmadan tikilən və sayı yüz minlərlə olan istər fərdi evlərin, istərsə də çoxmənzilli binaların aqibəti barədə zaman-zaman düşünülsə də, fakt odur ki, məsələ bu gün də həll olunmamış qalır. 
Son illərdə qanunsuz evlərin sənədləşdirilməsi prosesinin sürətləndirilməsi üçün dəfələrlə dövlət başçısı tərəfindən tapşırıq və sərəncamlar verilsə də, problemi köklü şəkildə həll etmək mümkün olmayıb. Bu problem dəfələrlə ölkə rəhbərliyi tərəfindən də dilə gətirilib. Məsələ ilə bağlı əmlak eksperti Ramil Osmanlı bildirib ki, prosesin yekunlaşmamasının əsas səbəblərindən biri koronavirus pandemiyası oldu. 
Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, Dövlət Əmlak Xidməti və digər qurumlarla birlikdə işlər davam etdirilir. Hər hansı bir yenilik olacağı təqdirdə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Deputat Vahid Əhmədovun sözlərinə görə isə sənədsiz evlərlə bağlı məsələ, nəhayət ki, həll olunmaq üzrədir.
Evlərin sənədləşdirilməsi onların vergiyə cəlb edilməsi, kommunal xidmətlərlə fasiləsiz təmin edilməsi baxımından da vacibdir. Problemin həlli yolları var. 
İlkin olaraq qiymətləndirmənin aparılması, heç də böyük məbləğdə olmayan rüsumun müəyyənləşdirilməsi yolu ilə sənədsiz evlər probleminin həlli mümkündür. Evinə sənəd almaqla həm vətəndaş, həm də büdcəyə əlavə gəlir gətirməklə dövlət qazanacaq.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar