Xəbər lenti
Kommunal xidmət kartlarına onlayn pul yükləmək olar? - AÇIQLAMA
Manevr.az xəbər verir ki, bu günlərdə isə "BakıKart”la bağlı internet portalı üzərindən ödəmənin tətbiqinə başlanılıb.
Belə ki, QR kod, NFC və EMV (bank kartı il birbaşa ödəniş) texnalogiyalarından istifadə nəzərdə tutulub. Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və ya telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır.
Məsələ kommunal xidmətlərin də bu üsulla tətbiqini gündəmə gətirib. Bəllidir ki, "Azəriqaz”, "Azərişıq” və "Azərsu” ya məxsus smart tipli sayğacların kartını ödəmə terminallarına daxil etməklə balansı artırmaq mümkündür.
Maraqlıdır, bu kartların da balansını internet üzərindən birbaşa artırmaq mümkün olacaqmı?
Onun evdən və ya məsafədən yüklənməsi prosesi internet şəbəkə üzərində müəyyən xətalar verir. Bu səbəbdən biz birbaşa vətəndaşlara açıq şəkildə bunu elan etməmişik ki, hər kəs fərdi qaydada özü kartına evdən, yaxud məsafədən vəsait otuzdura biləcək”.
Qurum rəsmisinin sözlərinə görə tətbiq zamanı müəyyən xətalar və vəsait itmələri mümkündür: "Sistem tam hazırlanmayıb. Bu problem internet şəbəkəsi üzərindən getdiyinə və təhlükəsizliyə görə hal-hazırda tam həllini tapmayıb”.
"Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu bildirib ki, "BakıKart” başqa tiplidir, ora NFS texnologiyasi ilə internet ödənişi sistemlərindən yükləmə etmək olur: "Bizdə istifadə olunan kartlar "chipli” olduğuna görə bu tipli kartlara yalnız "reader” vasitəsilə balans yükləmək mümkündür. Ödəniş sistemlərindən bu kartlara onlayn balans artırmaq olmur”.
"Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə hələlik sözügedən tətbiqin hazırlanmasının nəzərdə tutulmadığını qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar