Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücünün şəkilləri

Tarix: 13-10-2021 17:26     Baxış: 4186 A- / A+
Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücünün fotoları

Bu səhər saatlarında yuxulu vəziyyətdə sərnişin avtobusuna çırpılaraq 5 nəfərin ölümünə səbəb olan yük maşınının 19 yaşlı sürücüsü Mahmud Əzizovun fotoları yayılıb.
Manevr.az yeniavaz.com-a istinadən xəbər verir ki, Əzizov Mahmud Babagözəl oğlu Qobustan rayonunun Ərəbşalbaş kənd sakinidir. 2 il əvvəl tələbə adını qazanan 19 yaşlı Mahmud Əzizov qəza törətdiyi 99-DH-343 dövlət qeydiyyat nişanlı "Mercedes” markalı yük avtomobilini bu ilin yanvar ayından idarə edir.
Rəsmi açıqlamaya görə, qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub.
25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs 
edilib.






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar