Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Onlar eyni nazirliyi müxtəlif adlarda idarə edib

Tarix: 12-10-2021 17:39     Baxış: 4193 A- / A+


Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin Azərbaycanda rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb.

Manevr.az "qafqazinfo”ya istinadən xəbər verir ki, rabitə sahəsini idarə etmək məqsədilə yaradılmış nazirlik 90-cı illərdən bəri müxtəlif adlarda fəaliyyət göstərib. Tez-tez adı dəyişdirilən nazirliyə müxtəlif illərdə fərqli şəxslər rəhbərlik edib. Adı Rabitə Nazirliyi olan vaxtlarda qurumun nazir vəzifəsini 1997-2004-cü illərdə Nadir Əhmədov icra edib.

2004-cü ildə dövlət başçısının sərəncamına əsasən, Rabitə Nazirliyi ləğv edilib. Əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb. 2014-cü ilin martın 7-də Prezident Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin adının dəyişdirilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlandırılması haqda sənəd imzalayıb. Bu zaman nazirliyə 11 il ərzində (2015-ci ilə kimi) akademik Əli Abbasov rəhbərlik edib.

2015-2017-ci illərdə nazir vəzifəsi səlahiyyətlərini nazirin birinci müavini icra edib. 
2017-ci ilin fevralın 13-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı yenidən dəyişdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlandırılıb. İlham Əliyevin sərəncamına əsasən, Ramin Quluzadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib.

O, bu vəzifəni 2021-ci ilin yanvarın 26-na qədər icra edib. Daha sonra isə dövlət başçısının sərəncamı ilə nazir vəzifəsinə Rəşad Nəbiyev təyin edilib. Və nəhayət, ötən gün Prezidentin imzaladığı fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı yenidən dəyişdirilib, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb. 

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz tez-tez adı dəyişdirilən nazirliyin onun fəaliyyət istiqamətlərinə necə təsir etməsi barədə “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, bu formada addəyişmə xoşagələn hal hesab edilməsə də, əsas mahiyyətə baxmaq lazımdır: “Mövcud durumda dünyada, o cümlədən Azərbaycanda da ad məsələsi bir qədər irəliyə baxmaq cəhətdən daha məqsədəuyğun olmalıdır. Düşünürəm ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adı əvvəlkinə nisbətən daha qısa və mövcud trendləri özündə əks etdirir. Prezident tərəfindən bu nazirlik qarşısında qoyulmuş vəzifələr var. Burada vəzifələrin yerinə yetirilməsinə hazır olması məsələsinə diqqət yetirilməli, onu həyata keçirmək üçün hansı imkanların olduğuna baxmaq lazımdır. Mövcud vəziyyətdə addansa, qarşıya qoyulmuş vəzifələrin icrası məsələsinə diqqət yetirilməlidir. 
Məlumdur ki, ötən gün ölkə başçısı tərəfindən bu sektorun tənzimlənməsi ilə bağlı bir neçə fərman verildi. Bu Fərman gözlənilən idi. Çünki Prezident Rəşad Nəbiyevi nazir təyin edərkən burada bir neçə əsas məsələyə toxunulmuşdu. Onların birincisi də sektorda tənzimləmə və rəqabətli mühitin yaranması ilə bağlı idi. Yeni yaranan qurum da daha çox bu məsələnin tənzimlənməsinə yönəlib. Həmçinin nazirlik üç funksiyanı özündə cəmləşdirib və sənədlər daha çox tənzimləməni ifadə edir".
Ekspertin sözlərinə görə, Azərbaycanın telekommunikasiya bazarının digər ölkələrdən fərqi odur ki, bizdə dövlətin bazarda xüsusi çəkisi hədsiz yüksəkdir: "Bizdə dövlət operatorlarının üstün hüquqları var. Yeni tənzimləyici qurum burada bir balanslaşma apara, özəl sektoru bir qədər irəli çıxara bilər. Dövlətin resurslarından istifadə ilə bağlı bərabər imkanlar yaradılmalıdır. Hazırda dövlətin uzun illər ərzində formalaşan rabitə resursları var. Bir dövlət operatoru ondan istifadə etsə də, digəri istifadə edə bilmirdi. Düşünürəm ki, yeni qurum bazarda xeyli dəyişiklik yarada biləcək”.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar