Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Mənim peşəm, mənim gələcəyimdir!” layihəsi çərçivəsində açılış tədbiri və ilk maarifləndirici seminar keçirilib -ŞƏKİL

Tarix: 11-10-2021 22:10     Baxış: 3225 A- / A+

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi" çərçivəsində icra edilən “Mənim peşəm mənim gələcəyimdir!” layihəsi çərçivəsində açılış tədbiri və ilk maarifləndirici seminar keçirilib. Seminarda İsmayıllı rayon təhsil ictimaiyyətinin nümayəndələri, layihə rəhbəri Vəfa Vahabova, layihə üzrə ekspert Ziba Məmmədova, təlimçi Elnarə Qasımova və İsmayıllı Rayon Yeniyol kənd tam orta məktəbində təhsil alan 30-a yaxın şagird iştirak edib.
Tədbiri giriş nitqi ilə İsmayıllı rayon Yeniyol kənd tam orta məktəbinin direktoru Rəşad Vahabov açıb. Ardınca çıxış edən layihə rəhbəri, İsmayıllı Rayon Yeniyol kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Vahabova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, "Layihə çərçivəsində ənənəvi peşə və sənət sahələrinə marağın artırılması, yeniyetmə və gənclərin peşə seçimində vaxtında doğru qərar verməsi, peşə seçimində əmək bazarının tələblərinə uyğun qərar verilməsi kimi hədəf istiqamətləri müəyyən edilib. “Mənim peşəm mənim gələcəyimdir!” adlı maarifləndirici flayerlər hazırlanmışdır və yaxın zamanlarda İsmayıllı rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında yayılması nəzərdə tutulub".
Təlimçi Elnarə Qasımova, “Mənim peşəm mənim gələcəyimdir” layihəsi çərçivəsində məktəblilərin düzgün peşə seçimi baxımından layihənin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, ölkədə insan inkişafı naminə peşə təhsilinə diqqətin artırılması məqsədi ilə təşkil olunan layihə çərçivəsində otra, orta ixtisas, peşə təhsili üzrə təhsil alanlar üçün peşə təhsilinin əhəmiyyəti, bu sahənin stimullaşdırılması, peşə təhsilinin vacibliyi və. s kimi mövzuların müzakirəsinin vacibliyini qeyd edib.
Seminarda iştirak edən müəllimlər və şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici flayerlər paylanıb.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar