Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Atası: “Kəramət Böyükçöllə görüşmək üçün israr edirəm, icazə vermirlər”

Tarix: 11-10-2021 12:55     Baxış: 3206 A- / A+



 
“Oğlum Kəramətlə görüşmək üçün israr edirəm, amma icazə vermirlər. Deyirlər ki, vəziyyəti yaxşıdır. Nigaran qalmışıq, anası təzyiq xəstəsidir və mən də ürəyimdən əməliyyat olunacam. Bəlkə içəridə elə bunun fikrini edir, dərd çəkir. Belə müalicə üsulu olmaz, xəstənin ətraf aləmlə əlaqəsini kəsmək onu daha da depressiyaya salır. Heç belə müalicənin əhəmiyyəti də yoxdur”.
 
Manevr.az xəbər verir ki, bunu pravda.az-a açıqlamasında Respublika Narkoloji Mərkəzində müalicə alan yazıçı Kəramət Böyükçölün atası şair Qəşəm Nəcəfzadə deyib.
 
Yazıçının atası bildirib ki, ailəsi Kəramətlə nə görüşür, nə də danışa bilirlər: “Deyirlər, burada qayda belədir. Sadəcə olaraq, yemək, su, geyim kimi lazım olan şeyləri aparıb təhvil veririk. Narkoloji Mərkəzdə psixoloq da var, bu faktorları niyə fikirləşmirlər?!  Dünyanın harasında belə müalicə üsulu var?! Evə nə vaxt buraxılacağı barədə də heç nə demirlər, bildirirlər ki, müalicə işinə mane olmayın. Əksinə, ata-ana ilə əlaqə saxlamaq, azyaşlı uşaqlarının səsini eşitmək onun üçün dəstək olar. İndi, yəqin, orda ürəyi partlayır, axı yazıçıdır, həssas uşaqdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar