Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

8 saatdan çox oturmaq ölüm riskini artırır

Tarix: 10-10-2021 14:11     Baxış: 4185 A- / A+


Oktyabr ayının ilk bazar günü Dünya Gəzinti Günüdür. Dünya Gəzinti Günü 1991-ci ildə Beynəlxalq İdman Federasiyası (TAFİSA) tərəfindən qlobal fiziki hərəkətsizlik böhranı haqqında məlumatlılığı artırmaq üçün yaradılıb.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, gündə 8 saatdan çox oturmaq vaxtından əvvəl ölüm riskini artırır. Amerikanın "Public Health" jurnalında nəşr olunan bir araşdırmada tədqiqatçılar gündə 8 saatdan çox oturmağın erkən ölüm və bəzi xroniki xəstəliklərin riskini 10-20% artırdığını bildiriblər.
Əslində bu mövzuda edilən bəzi araşdırmalar uzun müddət oturmağı yeni bir siqaret asılılığı olaraq təyin edir. Halbuki 60-75 dəqiqəlik sabit gəzinti ilə çox oturmağın yaradacağı fəsadların qarşısını ala bilərsiniz. Çəkiatma prosesində uzun müddət otursanız, bədəninizin yağ emal qabiliyyətinin yavaşlayacağını unutmayın. Uzun müddət oturduqda bədəninizin yağ parçalamaq üçün lazım olan lipoprotein lipaz istehsalı təxminən 90% azalır. Bədəniniz yağları parçalaya bilmədikdə arıqlamaq prosesi çətinləşir.
Gəzinti və ya idman etdikdən sonra özünüzü yorğun hiss edirsinizsə, qidalanma planınızı nəzərdən keçirmək faydalıdır. Gəzdikdən sonra əzələlərinizi dəstəkləmək üçün karbohidratlar və zülalların olması vacibdir. Məşqdən sonra əzələlərinizin bərpası və azalmış enerjinizin artması üçün yarım saat ərzində qəlyanaltı edə bilərsiniz. Meyvə və süd, yağlı bitkilər ən yaxşı alternativdir.
Balanslaşdırılmış yemək uzun məşqdən 2-3 saat əvvəl olmalıdır. İdman və ya gəzinti müddəti qısadırsa, 1-2 saat əvvəl 200-300 kalori keçməyən yüngül qəlyanaltı edə bilərsiniz. Gəzinti zamanı bədəninizə yeməyi həzm etməsi üçün vaxt vermək vacibdir.
Boş bir mədə ilə məşq etməyin daha çox yağ yandıracağına dair ümumi bir fikir var. Əslində burada əsas mexanizm aclıq vəziyyətində bədənin saxlanılan yağdan qidalanmasıdır. Bu da yağ itkisi ilə əlaqədardır. 12 nəfər üzərində aparılan bir araşdırmaya görə, səhər yeməyindən əvvəl idman edənlərin 24 saat ərzində daha çox yağ yandırdığı və kalori qəbulunu azaltdığı müşahidə olunub. Digər tədqiqatlar isə bu nəzəriyyəni təkzib edir. Belə ki, 20 qadın üzərində aparılan bir araşdırma məşqdən əvvəl yemək yeyən və ya ac olan qruplar arasında bədən quruluşu dəyişikliyində əhəmiyyətli bir fərq tapmayıb. Araşdırmanın sonunda hər iki qrupun bədən çəkisini və yağ kütləsini itirdiyi göstərilib.
Unutmayın ki, ac məşq etmək bədəninizin zülaldan yanacaq kimi istifadə etməsinə də səbəb ola bilər. Bir sözlə, hər şeydə olduğu kimi, ac qarına məşq edərkən fərdi tövsiyələr vacibdir. Boş mədə ilə məşq etməyinizə maneə törədən heç bir sağlamlıq probleminiz yoxdursa, məşq edərkən özünüzü daha yaxşı hiss edirsinizsə, problem yoxdur. Amma bunu zərurətə çevirmək lazım deyil.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar