Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İran hərbçiləri Vətən müharibəsi zamanı Azərbaycan ərazisinə daxil olubmuş... - VİDEO

Tarix: 10-10-2021 11:39     Baxış: 4198 A- / A+


İran hərbçiləri Vətən müharibəsi zamanı Azərbaycan ərazisinə daxil olubmuş... - VİDEO

Son günlərdə Azərbaycana qarşı qərəzli mövqeyi ilə yadda qalan İranın daha bir təxribatı üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu, Vətən müharibəsi vaxtı baş verib.

"Caliber" yutub layihəsinin hazırladığı sujetdə müəyyənləşib ki, İran ordusu Vətən müharibəsi zamanı Azərbaycanın suverən ərazilərinə daxil olubmuş.

Bunun necə baş verdiyinə gəlincə, Azərbaycan ordusu Zəngilanı işğaldan azad etməyə doğru hərəkət edən vaxt bu istiqamətdə İran hərbi bölmələri ilə qarşılaşıb. Müəyyən olunub ki, cənub qonşumuz Azərbaycanın ərazi bütövlüyünə məhəl qoymadan ölkəmizin suveren ərazisinə kobud şəkildə daxil olub. 
Məlumata görə, kiçik çaplı silahlarla özlərini qoruyan və bir neçə pikap sürən İran hərbçiləri, əvvəlcədən Azərbaycan hərbçilərinin yoluna beton sədlər qoyaraq, onların qarşısını kəsiblər. İranlıların izahı belə olub ki, guya beton səddi qoruyurlar. Bütün bunlar Azərbaycanın suveren ərazisində baş verib! 

Bu zaman Azərbaycan və İran komandirləri arasında yerdəki danışıqlar nəticəsiz başa çatıb və vəziyyət qızışıb. 

Bu səbəbdən ordumuzun Zəngilana istiqamətlənməsi bir neçə gün gecikib, hərbçilərimiz İran qüvvələri ilə toqquşmamaq üçün 14 km geri, Soltanlı kəndində qayıdıb və daha 20 km əlavə məsafətə qət etdikdən sonra təyin olunan məntəqəyə çatıb. Aparılan gərgin danışıqlardan sonra İran hərbçiləri Azərbaycan ərazisini tərk edib.

Daha ətraflı videosujetdə tanış ola bilərsiniz.
 
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar