Xəbər lenti
Allahşükür Paşazadə professor oldu
Manevr.az xəbər verir ki, universitetin muzeyi ilə tanış olan Şeyxülislam A.Paşazadə xatirə kitabına ürək sözlərini yazıb.
Universitetin muzeyi ilə tanışlığın onda yüksək təəssürat oyatdığını söyləyən A.Paşazadə deyib: “Biz hamımız haqlı olaraq ortaq tariximizlə fəxr edə bilərik. Eyni zamanda, bizi bir-birimizə bağlayan kökləri heç vaxt unutmuruq. Bizim ən vacib vəzifəmiz ortaq dinimizi və dəyərlərimizi qorumaq, gələcək nəsillərə çatdırmaqdır”.
Türkdilli dövlətlər arasında birliyin möhkəmləndiyini söyləyən A.Paşazadə buna misal olaraq 44 günlük müharibə zamanı Türkiyənin Azərbaycana verdiyi dəstəkdən danışıb. “Qazaxıstanın da qardaşlıq dəstəyi bizim üçün çox vacib idi”, - deyən QMİ sədri buna görə Qazaxıstan dövlətinə və qazax xalqına minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən rektor Yerlan Sıdıkov Avrasiya Milli Universitetinin Elmi Şurasının qərarı ilə Şeyxülislam A.Paşazadənin bu nüfuzlu elm ocağının Fəxri professoru adına layiq görüldüyünü bildirib və ona diplomu təqdim edib./yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar