Sizin Reklam Burada
Xəbər lenti
27-05-2026
26-05-2026
BÜTÜN XƏBƏRLƏR

Abşeronda valideynlərin xəbəri olmadan övladları başqa məktəbə köçürüldü

Tarix: 07-10-2021 17:32     Baxış: 4179 A- / A+

Abşeron rayonu, Xırdalan şəhər 2 nömrəli məktəbin valideynləri övladlarının onlardan xəbərsiz Xırdalan şəhər 3 nömrəli məktəbə köçürülməyindən narazıdırlar.
Manevr.az-ın məlumatına görə, məsələ ilə bağlı apa-ya müraciət edən valideynlər bildiriblər ki, onların övladları Xırdalan şəhər 2 nömrəli məktəbin rus bölməsi üzrə I sinfinə qəbul olublar. Dərslərin açılmağına 2 gün qalmış isə valideynlərə xəbər verilib ki, onların övladları 2 yox, 3 nömrəli məktəbdə təhsil alacaqlar. Övladlarının evlərindən nisbətən uzaq məsafədə yerləşən məktəbdə oxumağına etiraz edən valideynlərə isə bildirilib ki, bu vəziyyət müvəqqətidir.
Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri başqa məktəbə yerləşdirilib: "Belə ki, şagird sıxlığı ilə əlaqədar olaraq məktəbin rus bölməsinin bəzi ibtidai sinifləri dərslərin tədrisinə Xırdalan şəhər 3 nömrəli məktəbdə davam edəcəklər. Şagirdlərin yerdəyişməsi müvəqqətidir və məsələ ən qısa zamanda həll olunacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar