Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qadağa götürülüb, rayonlara qatarlar niyə işləmir - AÇIQLAMA

Tarix: 05-10-2021 14:46     Baxış: 3140 A- / A+
Qadağa götürülüb, rayonlara qatarlar niyə işləmir - AÇIQLAMA

Artıq Azərbaycanda ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları bərpa edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən günlərdə açıqladığı qərarda isə daşımaların həyata keçirilməsi üçün COVID pasport tələbi qoyulduğu bildirildi.


Maraqlıdır ki, pandemiya ilə bağlı bir ildən çox müddətdə regionlararası sərnişindaşımaya qoyulan məhdudiyyət aradan qalxsa da, dəmir yolları ilə səfərlər bərpa olunmayıb.

Vətəndaşlar “Azərbaycan Dəmir Yolları” QSC-nin veb-saytından onlayn bilet sifariş etmək istədikdə “Hal-hazırda yerli və beynəlxalq istiqamətlərdə reyslər mövcud deyil!” qeydi ilə rastlaşırlar.

Qadağa götürülüb, rayonlara qatarlar niyə işləmir - AÇIQLAMA


Manevr.az
-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-dən “ölkə.az”ın sorğusuna cavab olaraq bildirildi ki, dəyişən cərəyana keçid işləri tamamlandıqdan sonra ölkədaxili sərnişin qatarlarının hərəkəti bərpa ediləcək:

“Dəmir yolu nəqliyyatı sisteminin bütün sahələr üzrə müasirləşdirilməsi tədbirləri davam etdirilir. “Azərbaycan Dəmir Yolları” QSC müxtəlif istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçidin təmin edilməsi istiqamətində işlər aparır. Enerji və digər resurslara qənaətə, xərclərin optimallaşmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına imkan verəcək olan bu işlər tamamlandıqdan sonra ölkədaxili sərnişin qatarlarının hərəkəti bərpa ediləcək”.

Qurumun açıqlamasında həmçinin deyilir ki, sərnişinlərin qatarlarda gediş-gəlişinin necə təşkil olunacağı ilə bağlı qaydalar üzərində iş gedir. Təmir işləri tamamlandıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək:

Qadağa götürülüb, rayonlara qatarlar niyə işləmir - AÇIQLAMA


“Məlumat üçün deyək ki, bu proses Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn və yoluxma riskinin azaldılmasına yönəldilən bütün tələbləri nəzərə almaqla həyata keçiriləcək. Yaşı 18-dən aşağı şəxslər istisna olmaqla, sərnişinlərin “COVID-19 vaksin sertifikatı” və ya COVID-19-a qarşı immunitet sertifikatının olması əsas şərtlərdən sayılır. COVID-19 pasportlarının verifikasiyası qərarda qeyd olunduğu kimi xüsusi mobil tətbiqetmə vasitəsi ilə həyata keçiriləcək.

Vaqonlarda sərnişinlərin yerləşdirilməsi və bilet satışı qaydalarına gəlincə, bu və digər məsələlər hazırda işlənilir”, - deyə açıqlamada qeyd olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar