Xəbər lenti
"Hamlet İsaxanlının İran sevgisinin arxasında nə dayanır?"
"Yeganə məqsədi pul yığmaqdan ibarət olan Hamlet İsaxanlının İran sevgisinin arxasında nə dayanır? Təhsil haqqı 4500 manat olan Xəzər Universitetinin rəhbəri universitetə xaricdən müəllim dəvət etmək adı ilə cəlb etdiyi müəllimlərin əsas kontingentini iranlılar təşkil edir. İranda aldıqları təhsilin dərəcəsi bilinməyən və əsasən də magistrləri dərs prosesinə ucuz işçi qüvvəsi kimi cəlb edirlər".
Manevr.az xəbər verir ki, bunu deputat Etibar Əliyev bildirib.
"Təhsil Məqsədləri qaranlıqdır. Milyonlar toplamaq isə gün kimi aydındır. Tələbə başı qatırlar! Məsələn, Hamlet İsaxanlı iranlı Nüsrətullanın biabırçılıqla qovulmasının səbəbini hələ də izah etməyib. Bu universtetdə müəllimlərin böyük əksəriyyəti saathesabı çalışırlar. Şəxsi qazanc gözlərini elə tutub ki, ştata müəllim götürməyi ciblərinə ziyan vurmaq kimi başa düşürlər. Universitetlərin dünya reytinqlərində ştatda olan müəllimlərin sayı göstəricisi də mühüm rol oynayır. İsaxanlı universitetin müəllim heyəti ilə ictimaiyyəti tanış edə bilərmi? Son illərdə Universiteti tərk etmiş 10-larla tanınmış müəllim hansı səbəbdən bu qərarı qəbul ediblər? Bunun izahını verə bilərmi? Verilən məlumata görə müəllimlərin bir qismi yay məzuniyyətinin pulu ödənilmədiyi üçün universiteti tərk ediblər. Bu cür ədalətsizliklə pul toplamaq olar? İsaxanlı Azərbaycan vətəndaşlarından topladığı pular hesabına “Dünya məktəbi” adlı orta məktəb də yaradıb. Təhsil haqqı 7000 manatdır. Tələbədən topladığı pulla qurduğu məktəbdən şagirddən fantastik məbləğdə təhsil haqqı alır".
H.İsaxanlının da mövqeyini dərc etməyə hazırıq./pravda.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar