Xəbər lenti
Əməkdar artistdən təkzib: “Yalan söhbətdir, sənət dostları ordaydı”
Müğənni Səyyad Əlizadə doğulduğu Füzuli rayonunun Babı kəndində dəfn olunub.
Mətbuatda yayılan xəbərlərdə bildirilir ki, 63 yaşlı ifaçının vida mərasiminə qohumları və ailə üzvləri gəlib. Sənət dostlarından isə yalnız Əməkdar artist Yusif Mustafayev vida mərasiminə qatılıb.
Manevr.az xəbər verir ki, Yusif Mustafayev qaynarinfo-ya açıqlamasında məlumatı təkzib edib:
"Səyyad Əlizadənin ölümü məni sarsıdıb, axşamdan özümə gələ bilməmişəm. Gecə saat 1-də aldım xəbəri, evdə dayana bilmədim, birbaş xəstəxanaya getdim. Ailə üzvləri ordaydı. Bundan əlavə sənətçilər - Əlikram Bayramov, Nadir Bayramlı, Əflatun Qubadov və başqaları gəlmişdi. Manaf Ağayev ölkədən uzaqda olsa da, tez-tez zəng edirdi. Nazənin özünü öldürürdü. Saat 1-ə kimi orada olduq. Ordan 1 saylı Kliniki Tibbi Mərkəzin morquna gəldik. Səhər tezdən Səyyad Əlizadənin cənazəsini doğulduğu Füzuli rayonunun Babı kəndinə yola saldıq. Hamı onun ölümü ilə maraqlanır, başsağlığı verir. Belə bir insanın vida mərasiminə gəlməmək olar? Yalan söhbətdir, sənət dostları ordaydı. Eldən, sənətdən Səyyad kimi bir oğlan gedib. Bu günə kimi bir adamın qəlbinə dəyməyib, Allah ona rəhmət eləsin”.
Qeyd edək ki, müğənni koronavirusa yoluxmuşdu və həkimlər onun vəziyyətinin ağır olduğunu bildirmişdi. Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Səyyad Əlizadə dünən gecə orada dünyasını dəyişib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar