Xəbər lenti
"Məmurlar yağ-bal içində yaşayırlar, həbsə düşəndən sonra şok keçirirlər" - Sərdar Cəlaloğlu
"Mən vaxtilə həbsxanaya düşəndə biz orda deyib-gülür, zarafatlaşırdıq, çünki bizim həbsxanadan əvvəlki işimiz də, həyatımız da elə həbsxana kimi bir şey idi. Amma rüşvətxorluqda təqsirli bilinib həbs edilən bir sıra məmurlar əvvəl o qədər cah-cəlallı həyat sürür, yağ-bal içində yaşayırlar ki, həbsə düşəndən sonra şok keçirirlər. Ona görə də əksəriyyəti həbsxanada ya ağır xəstələnir, ya da vəfat edirlər. Bu, real vəziyyətdir".
Manevr.az xəbər verir ki, bunu pravda.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, həbsxanalarda həmin məmurlara qarşı münasibət yaxşı olmur, müəyyən mənada təsir göstərirlər: "Onlarla adətən maraqlanan olmur. Misal üçün, ötən gün vəfat edən sabiq deputata heç ailəsi, qardaşı gedib baş çəkmirmiş. Bu, həmin şəxslərdə psixoloji gərginliyə səbəb olur. Vaxtilə məmurun qapısında yatan, ayyaqabısını silənlər məmur həbs olunan kimi onu saymırlar, təhqir edirlər. Deyirlər ki, şərəfsizin biri idi. Belə məmurlar, doğrudan da, haram yollarla o qədər rahatlıq tapırlar ki, həbs olunan kimi məhv olub gedirlər. Amma bizim gündəlik həyatımızdan həbsxanadan fərqlənmədiyi üçün oranı oyuncağa çevirmişdik".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar