Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ali Məhkəmə və Ədliyyə Nazirliyi birgə məlumat yayıb

Tarix: 30-09-2021 18:37     Baxış: 3153 A- / A+
Ali Məhkəmə və Ədliyyə Nazirliyi birgə məlumat yayıb

Ali Məhkəmə və Ədliyyə Nazirliyi birgə məlumat yayıb.

Manevr.az-ın xəbərinə görə, birgə məlumatda deyilir:

"Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülür, o cümlədən beynəlxalq təcrübə nəzərə alınaraq dövlət rüsumu ilə bağlı qanunvericiliyə dəyişikliklər edilib.

Həmin dəyişikliklərə əsasən dövlət rüsumu tutulmalı olan hərəkətlər sistemləşdirilib və dövlət rüsumunun dərəcələri diferensial qaydada müəyyən olunub.

2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minən qanunvericilikdəki yeniliklərlə bağlı məhkəmələrdə bu işə məsul şəxslər ayrılıb, könüllülər cəlb olunub və həmin şəxslərlə təlim tədbirləri keçirilib.

Həmçinin əhalinin məlumatlandırılması üçün maarifləndirmə və təbliğat işi aparılıb, məhkəmələrdə dövlət rüsumlarının hesablanmasına dair xüsusi informasiya stendləri quraşdırılıb, məsələ ilə bağlı məhkəmələrin vahid internet portalında və Ədliyyə Nazirliyinin saytında ayrıca bölmələr yaradılıb.

Vətəndaş məmnunluğunun təmin edilməsi, habelə təcrübədə rahat və asan istifadə olunması məqsədilə rüsumların dəqiq və avtomatik hesablanmasına imkan verən onlayn kalkulyator, eləcə də xüsusi metodiki vəsait hazırlanaraq məhkəmələrin vahid portalında (courts.gov.az), Ali Məhkəmənin (supremecourt.gov.az) və Ədliyyə Nazirliyinin (justice.gov.az) internet saytlarında yerləşdirilib".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar