Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Füzulinin işğaldan azad edilmiş ərazisində şəkər çuğunduru yığımı davam edir

Tarix: 29-09-2021 21:41     Baxış: 3146 A- / A+
 Füzulinin işğaldan azad edilmiş ərazisində şəkər çuğunduru yığımı davam edir


44 günlük Vətən müharibəsindən sonra Füzuli rayonunun işğaldan azad edilmiş 600 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində taxıl becərilib və məhsul tədarük edilib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi qrupundan verilən məlumata görə, həmçinin, cari ildə rayonun 288.8 hektar ərazisində şəkər çuğunduru əkilib və həmin torpaqların 78,8 hektarı işğaldan azad edilmiş əraziləri əhatə edir.

Bildirilib ki, Füzuli rayonunun işğaldan azad edilmiş Seyidmahmudlu kəndi ərazisindəki minalardan təmizlənmiş həmin torpaqlarda şəkər çuğunduru ilk dəfədir becərilir və yüksək məhsuldarlığa nail olunub. Belə ki, 15-16 şəkərlilik faizi göstəricisi ilə hər hektardan 55-60 ton məhsul yığılıb və bu günə kimi 1800 tona yaxın məhsul tədarük edilib. Rayon üzrə bu göstərici 3600 tondur.

Sahələrdə şəkər çuğunduru yığımı davam edir və məhsulun itkisiz və optimal müddətdə tam yığılıb tədarük edilməsi üçün ərazidə müasir tipli çuğundur yığan kombayndan istifadə edilir. Əkin sahələrinə suvarma suyu Köndələnçay üzərində yerləşən su anbarından verilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar