Xəbər lenti
AMEA-nın vitse-prezidentindən "imam sertifikatı" ilə bağlı AÇIQLAMA
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli qurumun işçisi olan xanıma “13-cü imam sertifikatı” verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Manevr.az xəbər verir ki, İ.Həbibbəyli ölkə.az-a açıqlamasında yayılan xəbərlərdən məlumatsız olduğunu deyib:
“Fantastikadır, bunu kim yazıb? Aydındır ki, bu, sensasiya üçün yayılmış xəbərdir. Mən oxumamışam, bu barədə məlumatım yoxdur. Ümumiyyətlə, akademiyada belə söz-söhbətlər yoxdur. Bəyəm imam sertifikatla olur? Bunlar müqəddəs dini anlayışlardır. Sertifikat nədir, imam nədir? Bunlar bir-birinə sığmayan məsələlərdir. Hesab edirəm ki, dini dəyərlərimizə hörmət etmək, o müqəddəsliyi qorumaq lazımdır. Bu cür sensasiyalar yaymağa ehtiyac yoxdur. Aydındır ki, uydurma söhbətdir”, - deyə akademik söyləyib.
Qeyd edək ki, hüquqşünas Aqil Layıc AMEA işçisi olan xanıma 13-cü imam olduğunu “təsdiqləyən” “sertifikat” verildiyini yazıb.
Dələduzların xanımı onda qeyri-adi səmavi istedad olduğuna inandırdıqları bildirilir. Qeyd olunur ki, AMEA işçisi bunun rəsmiləşdirilməsini istədikdən sonra ona “sertifikat” təqdim olunub.
A.Layıc həmçinin bildirib ki, hazırda iş üzrə istintaq aparılır: “Qadına qarşı dələduzluq edən şəxslərin işi məhkəməyə göndəriləcək. “Sertifikat”ın verilməsi üçün AMEA işçisindən müəyyən miqdarda pul da alıblar”, - hüquqşünas bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar