Xəbər lenti
Cen Lennonun tarixi müsahibəsinin kasetləri hərraca çıxarıldı Şəkil

Keçmiş “Beatles” qrupunun solisti Con Lennon və həyat yoldaşı Yoko Onodan alınmış və heç vaxt dərc olunmayan müsahibənin kasetləri auksionda 37 min funt-sterlinqə (50 min dollar) satılıb.
Manevr.az lent.az-a istinadən xəbər verir ki, bu barədə hərracı keçirən “Omega Auctions” hərrac evindən bildirilib.
Cütlüyün 1969 və 1970-ci illərdə kanadalı müstəqil jurnalist Ken Zeyliqə verdiyi üç müsahibəsi 91 dəqiqədir. Lotun təxmini dəyəri 20-30 min funt-sterlinq (27-40 min dollar) dəyərləndirilirdi.
Hərrac evinin sözçüsü Pol Feyruizer bildirib ki, lent yazıları jurnalistin uşaqları tərəfindən hərraca çıxarılıb: “Bu, fantastik bir nəticədir və biz satıcılar adına çox sevinirik. Bu, Con Lennonun “Beatles” barədə, 1960-cı illərin sonlarında cəmiyyət və siyasət haqqında çox vacib fikirlərinin və rəylərinin olduğu mükəmməl bir tarix parçasıdır”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar