Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Xəzər TV-nin şef redaktoru vəzifəsindən istefa verdi

Tarix: 26-09-2021 12:16     Baxış: 4161 A- / A+
Xəzər TV-nin şef redaktoru vəzifəsindən istefa verdi

Xəzər Televiziyasının şef redaktoru vəzifəsindən ayrılıb.

Televiziyanın xəbərlər departamentinin şef redaktoru Aytac Carçıyeva vəzifəsindən istefa verərək ayrılıb. Onun hansı səbəbdən işdən çıxdığı bəlli deyil.

Lakin saytımıza özəl mənbənin verdiyi məlumata görə, televiziyanın xəbərlər dapartamentinin rəhbəri Əli Həsənovun yaxın adamı(onun oğlu Şamxal Həsənlinin televiziyaya rəhbərlik etdiyi vaxta xəbərlərə rəhbər gətirilib və Əli Həsənovun ən yaxın adamı hesab olunur. Onun indi də mediadakı işlərini həyata keçirir.) İnqilab Məmmədovun yarıtmaz fəaliyyəti xəbər əməkdaşlarını bezdirib, nəticədə əməkdaşlar işdən ayrılır.

Ümumiyyətlə, İnqilab Məmmədovun xəbər siyasətindən anlayışının olmaması, Vətən müharibəsi zamanı buraxdığı kobud səhvlər, hərbi xidmətdə olmayan əməkdaşların cəbhəyə ezam etməsi və televiziyanın xəbər xidmətinə İnqilab Məmmədovun rəhbərliyindən öncəki reytinqli xəbər buraxılışlarından heç nə qalmaması aydın görünür.

Televiziyanın xəbər xidmətində ciddi reportajların olmaması, "xaltura" süjetləri insanlar arasında gülüş obyektinə çevrilib. Belə ki, Tik-Tok sosial şəbəkəsində Xəzərxəbəri rişxənd edərək ("O hansı xəbərlərdi, toyuq 3 dənə yumurta doğdu, inəyin 3 dənə balası olub, Zaqatalada yolu keçən inəyi maşın vurub kimi süjetlərin getdiyi xəbər xidməti adlandırılır.") tənqid edirlər. Digər tərəfdən İnqilab Məmmədovun bir çox qurumları Əli Həsənovun dönəmində onun adından istifadə edərək xəbərlərə abunə etməsi kimi biabırçı faktlar var. Bunlarla yanaşı, onun özünə şəhərin müxtəlif yerlərində obyektlər, villalar tikdirdiyi deyilir./manset.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar