Xəbər lenti
Ənvər Seyidovdan Eldar Mahmudova anoloqsuz xahiş...
İnsan hüquqları müdafiəçisi Oqtay Gülalıyev özünün sosial şəbəkədəki səhifəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun MTN-nin sabiq rəhbəri Eldar Mahmudova yazdığı məktubu paylaşıb.
Manevr.az Moderator-az-a istinadən məktubu təqdim edir.
Məktubda MTN tərəfindən qanunsuz həbs olunan bir qrup məhkumun məhkəmə prosesinə sədrlik edən hakim Ənvər Seyidov təqsirləndirilən şəxslərə bağlı qapılar arxasında 10- 14 il həbs cəzası verəndən sonra nazir Eldar Mahmudovdan dinc günahsız insanları şərləyib həbs etdiyinə, onlara böhtan atıb, ağır işgəncəyə məruz qoyduğuna görə MTN- nin Anti - Terror Mərkəzinin bir qrup əməkdaşının vicdanlı və ləyaqətli hərəkətlərinə görə (!?) mükafatlandırılmasını xahiş edib.
Məktubda adları keçən insanların böyük əksəriyyəti isə Eldar Mahmudovun cinayətkar dəstəsinin üzvləri olub. Belə ki, MTN dağılandan sonra həmin şəxslərin əksəriyyəti həbsə girib. Ənvər Seyidovun təriflədiyi Anti-Terror Mərkəzinin rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyev də həbs edilib. Sonradan İlqar Əliyevin kamerasında asılı meyiti tapılıb.
Ənvər Seyidovun bu məktubu hüquqi baxımdan da qanunsuz dəyərləndirilməlidir. Qanunverciliyin tələblərinə görə, işə baxan məhkəmə ittiham tərəfinin ortaya qoyduğu sübutlara deyil, məhkəmə istintaqında ortaya çıxan sübutlara əsasən hökm verməlidir. Eldar Mahmudovun sifarişi ilə yazılmış saxta ittiham aktını gözü yumulu qəbul edən hakim bununla yanaşı sabiq MTN şefinə yarınmağı da unutmayıb.
Ənvər Seyidovun təriflədiyi MTn əməkdaşları arasında Eldar Mahmudovun ailə üzvlərindən olan Mahmudov Həmid Azər oğlunun da adı var.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar