Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ramin Bayramlı daha bir işindən ayrıldı

Tarix: 24-09-2021 17:02     Baxış: 4186 A- / A+
Ramin Bayramlı daha bir işindən ayrıldı

Bu ayın əvvəlində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlı Azərbaycan Tibb Universitetindəki (ATU) işindən də ayrılıb.

Manevr.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq, ATU-nun mətbuat katibi Günel Aslanova məlumat verib.

G.Aslanova qeyd edib ki, R.Bayramlının ATU ilə bağladığı müqavilənin müddəti başa çatıb:

“Ramin Bayramlı Azərbaycan Tibb Universitetində əvəzçilik müqaviləsi əsasında çalışırdı. Yeni müqavilə üçün müraciət etməyib. Hazırda bizim işçimiz deyil”.

Məlumat üçün bildirək ki, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır.

Xatırladaq ki, Ramin Bayramlı 2 dekabr 2019-cu ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmrilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edilmişdi. O, 12 sentyabr 2021-ci ildə tutduğu vəzifədən istefa verib.

R.Bayramlı 20 noyabr 1979-cu ildə anadan olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) tibbi profilaktika fakültəsini bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasında baş laborant vəzifəsində başlayıb. 2005-ci ildən kafedrada assistent, 2009-cu ildə baş müəllim, 2013-cü ildə isə dosent vəzifələrində çalışıb.

2011-2016-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013-2016-cı illərdə həmin Klinikanın baş həkimi vəzifələrində fəaliyyət göstərib. Talassemiya Mərkəzi publik hüquqi şəxsin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.

O, TƏBİB-ə sədrliklə yanaşı, ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində işləyirdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar