Xəbər lenti
Sentyabrda havanın temperaturu normadan yüksək olub
2021-ci ilin sentyabr ayı nisbətən mülayim temperatur rejimi ilə səciyyələnsə də, birinci ongünlükdə bəzi günlər arasında olan temperatur fərqi 20 dərəcəyə çatıb. Buna misal olaraq, sentyabrın 2-də Bakıda temperaturun 36.1, Sumqayıtda 38.2 dərəcəyədək yüksəlməsini, sentyabrın 8-də və 19-da isə 17.5 dərəcə isti olmasını qeyd etmək olar.
Manevr.az bildirir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
"Qısa müddətdə biz Respublika üzrə 6 dəfə dolu hadisəsinin, leysan xarakterli güclü yağışlar nəticəsində Böyük Qafqaz ərazisindən axan Talaçay-Zaqatala, Balakənçay-Balakən, Əyriçay-Baş Daşağıl məntəqələrindən, Lənkərançay-Sifidor məntəqəsindən, Katexçaydan keçən qısamüddətli sel hadisələrinin şahidi olmuşuq".
Xidmət rəisi qeyd edib ki, ümumilikdə Bakıda havanın orta sutkalıq temperaturu 24.5 dərəcə isti təşkil edib ki, bu da normadan 1.7 dərəcə yüksəkdir. Sentyabrda havanın temperaturu 17 gün normadan yüksək (1.0-5.5 dərəcə), 4 gün isə normadan aşağı olub. Bakıda əsasən şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti 28 m/s-dək çatıb.
"Çoxillik meteoroloji müşahidələrə görə, sentyabr ayı üzrə ən isti hava Bakıda 2003-cü ilin sentyabrın 1-də qeydə alınıb. Həmin gün havanın maksimal temperaturu 37.6 dərəcə isti olub. Sentyabr ayı üzrə ən soyuq hava isə 1956-cı il sentyabrın 26-da Bakıda qeydə alınıb. Həmin tarixdə havanın minimal temperaturu 6.9 dərəcə isti olub.
Ölkə ərazisində yağıntılar ay ərzində qeyri-bərabər paylanıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında aylıq normanın 23, Qazax-Gəncə zonasında 45, Zaqatalada 134, Balakəndə 175, Mərkəzi Aran zonasında 17, Lənkəran-Astara zonasında 110 faizini təşkil edib".
Xidmət rəsmisi atmosfer havasının keyfiyyətinin monitorinqinin Bakı şəhərinin Xətai, Nizami, Nərimanov, Səbail inzibati rayonları ərazisində, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirildiyini qeyd edib.
"Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, kükürd qazı və dispers toz hissəciklərinin qatılıqları sanitar norma daxilində qeydə alınıb. Sentyabrın I ongünlüyündə hidrogen sulfid yol verilən qatılıq həddindən 2.7, dəm qazı isə 1.1 dəfə, II ongünlükdə isə hidrogen sulfid yol verilən qatılıq həddindən 2.5, dəm qazı 1,1 dəfə yüksək müəyyən edilib.
Bakı şəhərində fəaliyyət göstərən avtomatik monitorinq stansiyalarının və eləcə də, günün müxtəlif saatlarında keçirilən monitorinqlərin nəticələri atmosfer havasının çirklənmə səviyyəsinin ötən illərlə müqayisədə yetərincə azaldığını göstərir. Belə ki, azot, karbon və kükürd oksidlərinin, eləcə də, PM10 dirspers tozun və karbohidrogenlərin miqdarı xeyli aşağı düşüb.
Mütəxəssislərin rəyinə görə, atmosfer havasında çirkləndirici qaz qarışıqlarının sanitar normaya uyğun olmasına səbəb son zamanlar Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin ekoloji normalara riayət etmələri, nəqliyyat vasitələrinin hərəkətinin bir qədər azalması və bəzi ictimai-iaşə obyektlərinin fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı olub".
Xidmət rəisinin sözlərinə görə, bu ilin sentyabr ayında transsərhəd gətirmələrin olmaması səbəbindən dispers tozun miqdarı norma həddindən aşağı qeydə alınıb. Eləcə də, şimal, şimal-qərb küləklərinin üstünlüyü çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyəti qənaətbəxş olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar