Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Medallarını satışa çıxaran qazi ilə bağlı rəsmi açıqlama

Tarix: 23-09-2021 16:27     Baxış: 4219 A- / A+
Medallarını satışa çıxaran qazi ilə bağlı rəsmi açıqlama

Qazi Səid İskəndərov İman oğlunun "YAŞAT” Fonduna məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə müraciəti 11.02.2021-ci il tarixində bank hesabına 2 500 AZN (iki min beş yüz manat) vəsait köçürülməklə təmin edilib.

Manevr.az
xəbər verir ki, bunu anews.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirdi:

"O, 2021-ci ilin iyununda Fondun Çağrı Mərkəzinə (8110) yenidən müraciət edib və müalicə psixoloji dəstək xərclərinin ödənilməsi ilə bağlı yox, növbəti dəfə məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə dəstək göstərilməsini istəyib. Müvafiq müraciətin qeydə alınması üçün ondan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin olunmasına dair çıxarış istənilib, lakin o müvafiq sənədi təqdim etməyib. Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti istisna olmaqla (tibb üzrə müraciətlər epikriz əsasında da qəbul edilir) yaralıların digər istiqamətlər üzrə müraciətləri zamanı əlilliyin təyin olunmasına dair çıxarış təqdim edilməlidir. Şəhid ailələri və Vətən müharibəsində yaralananların hər biri diqqət mərkəzimizdədir. Onlarla bağlı müraciətlərin hər birinə həssaslıqla yanaşılılır. Onlarla əlaqə saxlanılır, problemləri araşdırılır və xərclər "YAŞAT" Fondu tərəfindən qarşılanır.”, - deyə mətbuat katibi öz açıqlamasında bildirdi.

Qazi Səid İskəndərov "Xocavəndin azad olunmasına görə" aldığı medalı satması ilə bağlı elan yerləşdirmişdi. Qazi saytlardan birinə açıqlamasında bildirmişdi ki, diqqətdən kənarda qaldığı üçün belə bir addım atıb:

"Bu medalları müharibədə canımı ortaya qoyub qazanmışam. İndi yardım olunmadığı üçün satıram. Kim istəsə alsın. Vətən Müharibəsi medalıdır. Mənim mənəvi dəstəyə ehtiyacım var. Elə bil ki, bir atanın üç övladı var, övladlardan ikisi evə qayıdır, biri qayıtmır. Qayıtmayan üçüncü övladı ata axtarar da, düzdür? Bizim də ehtiyacımız var axtarılmağa. Fonddan mənə əlilliyin təsdiq olunmasının lazım olduğunu bildiribmişdilər. Əlilliyin təsdiq olunması üçün də, çox prosedur var. İnsanları get gələ salırlar. Bizə göndəriş verirlər, amma vaxt baxımından çatdırmırıq. Saat 17:00-da qapını bağlayırlar ki, iş vaxtı bitti. Sonra da yenə eyni şey. Hazırda istədiyim müalicə dəstəyidir. Psixoloq müalicəsi istəyirəm. Başqa heç nə”,- deyə qazi məlumat verib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar