Xəbər lenti
Manatla verilən kreditlər BAHALAŞIR
Yeni verilən kreditlər üzrə faiz dərəcələrinin təhlili göstərir ki, bu il manatla kreditlərdə faizlər yüksəlir.
Manevr.az-ın xəbərinə görə, sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin ikinci yarısında kredit qoyuluşunun azalması ilə əlaqədar manatla yeni verilən kreditlərdə faizlər düşmüşdü. İlin əvvəlində 16-17,4 olan faizlər ilin son aylarında 14-16 faizə qədər gerilədi.
2021-ci ildən kredit qoyuluşunda artım müşahidə edilir və borcalanların əksəriyyəti manatla kreditlərə maraq göstərir. Bunun təsiri ilə son aylarda manatla verilən yeni kreditlərdə borclanma dərəcəsi 17 faiz həddini keçib. Fevral ayından başlayaraq yeni verilən kreditlərdə orta faiz 17-dən aşağı düşməyib. Hətta avqustda bir qədər də artaraq 17,84 faizə yüksəlib ki, bu da yeni verilən kreditlərdə son illərdə müşahidə olunan ən yüksək səviyyədir.
Yeni verilən kreditlərin bahalaşması cəmi kredit qoyuluşundakı faizlərə də təsir edib. Sentyabrın 1-nə olan məlumata görə manatla ayrılmış cəmi kreditlərdə orta faizlər 14,16-ya çatıb. Bir il əvvəl manatla kreditlərdə orta faiz 13,7 idi.
Manatla kreditlərin bahalaşmasını istehlak kreditlərinə tələbin artması ilə əlaqələndirmək olar. Bu ilin əvvəlindən istehlak kreditləri davamlı artır. Ötən ilin sonunda 3,66 milyard manat olan istehlak kreditlərinin həcmi bu ilin sentyabrın 1-də 4,13 milyard manatı ötüb. İstehlak kreditləri ötən dövrdə 12,84 faiz artıb ki, bu da ümumi kreditlərdəki artım sürətindən (7,4 faiz) xeyli yüksəkdir.
Kreditin bu növünə tələbin böyük olması və borcların daha çox milli valyutada alınması manatla olan kreditlərdə faizləri yüksəldir.
Xarici valyutada olan kreditlərə isə tələb azdır. Buna görə də bu il xarici valyutada olan kreditlər ucuzlaşır. Ötən il xarici valyutada olan kreditlərdə orta faiz 5-5,5 olmuşdusa, hazırda 5 faizdən aşağıdır. Yeni verilən kreditlərdə isə faizlər hətta 4,5-ə düşüb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar