Xəbər lenti
Cənnətdə bir illik yaşamınız qutlu olsun, ölməz şəhidlər!
Vətən müharibəsi igidi Oqtay Ağabəyovun adının əbədiləşdirilməsi xahiş olunur.
Nizami sakinləri məhəllədəki baxımsız sahənin şəhidin adına park edilməsi üçün müraciət ediblər
44 günlük Qarabağ Vətən müharibəsi igidlərindən Oqtay Baxşəli oğlu Ağabəyov savaşın ilk günündən könüllü olaraq döyüşə atılıb, Suqovuşan uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb. Yaşadığı (şəhidlər ölməz! ) Bakının Nizami rayonu, Babək prospekti -73 saylı binanın və digər 7 binanın sakinləri məhəllədəki baxımsız sahənin şəhidin adına parka çevrilməsi diləyi ilə dövlət başçısına müraciət ünvanlayıblar. Hər gün yaşadığı binadan görüşünə gələnlərə gülümsəyən şəhidimizin özü Keşlədəki “Şəhidlər evi”ndə, ruhu işğaldan qurtardığı Qarabağ Vətən göylərindədir. Bir il öncəyə kimi təkcə Baxşəli kişiyə oğulluq edirdi, indi bütün elin oğludur.
44 günlük Vətən savaşı şəhidlərinin ildönümünə sayılı günlər qalır. Məhəllə sakinləri ərazidəki sahənin qaydaya salınmasında, şəhidin adına layiq parka çevrilməsində əllərindən gələni etməyə hazırdırlar. Bircə müvafiq icra hakimiyyəti orqanının sözügedən ərazinin şəhidin adına abadlaşdırılmasına razılıq verməsi qalır. Çox güman, şəhid adının əbədiləşdirilməsi , baxımsız sahənin şəhid parkına çevrilməsi təşəbbüsünü Bakı şəhər icra hakimiyyəti, Nizami RİH dəstəkləyər. Axı, torpaq (sahəsi) təkcə biznes marağına xidmət etmir ! Torpaq – Vətəndir!Torpaq - Vətən - torpağı qanı ilə Vətən edən şəhidlərindir.
Şəhidlər ölmür, salam Oqtay, cənnətdə bir illik yaşamın qutlu olsun!
Məğrur Bədəlsoy
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar