Xəbər lenti
Hafiz Hacıyevin səhhətilə bağlı xəbər
“Hazırda özümü çox yaxşı hiss edirəm. Səhhətim çox yaxşıdır. Artıq işə də çıxıram”.
Manevr.az bildirir ki, bunu publika.az-a açıqlamasında bir müddət əvvəl səhhəti qəflətən pisləşən və xarici ölkələrdən birinə müalicə üçün üz tutan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. MMP sədri bildirib ki, səhhətində problem yoxdur: “Neçə illərdir ki, məzuniyyətə çıxmırdım. Gərgin rejimdə çalışırdım. Bu da səhhətimə öz mənfi təsirini göstərmişdi. Allaha şükür, indi səhhətimlə bağlı hər şey qaydasındadır. İşimin başındayam. Jurnalistlərlə görüşürəm, artıq partiyanın İdarə Heyətinin iki iclasını da keçirmişik. Mərkəzi Şuranın iclasına hazırlaşırıq”.
Hafiz Hacıyev partiyasının narkomaniya ilə mübarizə apardığını da deyib: “Partiyanın rayon təşkilatlarına göstəriş vermişəm ki, narkomaniya ilə məşğul olan insanlarla bağlı bizə məlumat versinlər. Çünki rayon təşkilatlarının üzvləri daha çox xalq arasında olur. Biz də həmin məlumatları lazımi yerlərə çatdıracağıq. Bu vəziyyətdən çıxmaq lazımdır. Ölkədə narkomaniya ilə bağlı vəziyyət gərgindir. Biz də buna qarşı mübarizə aparırıq”.
Müasir Müsavat Partiyasının sədri bildirib ki, partiyasında koronavirusa yoluxanlar demək olar ki, yox dərəcəsindədir:
“Rayon təşkilatlarından cəmi bir-iki nəfər yoluxmuşdu. Bəzi qurumlar sağ olsun, həmin adamların müalicəsinə köməklik göstərdilər. Mənim bir müavinim də yoluxanlar arasında idi. O da dövlətin köməkliyi ilə müalicə olundu. Xəstəxanalara da tapşırdılar və orada da köməklik göstərildi. Hər halda partiyada yoluxma ilə bağlı elə bir ciddi məsələ yoxdur. Hər şey öz qaydasına düşüb”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar