Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda yeni metro stansiyasının inşasına başlanıldı

Tarix: 21-09-2021 14:32     Baxış: 4130 A- / A+
Bakıda yeni metro stansiyasının inşasına başlanıldı

"Bakı metropoliteni" QSC-nin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı "B-04” olan stansiyanın inşasına başlanılıb.

Manevr.az
xəbər verir ki, Bənövşəyi xəttin "Memar Əcəmi” və "8 Noyabr” stansiyalarında olduğu kimi, burada da tikinti "Qruntda divar” üsulu ilə aparılıb. Bu üsul ekoloji cəhətdən daha təmiz olması ilə yanaşı, məhdud məkanda inşaatın effektiv aparılmasına, habelə qənaətə nail olmağa imkan verir.

Bu üsulun tələblərinə uyğun olaraq, tikinti işlərinə qədər "Divarda qrunt”un monolit dəmir-beton panelləri quraşdırılıb. Ötən dövrdə 1010 və 1021 metr uzunluğunda olan iki tunelin inşası da başa çatdırılıb.

Stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir və üç inşaat zonasından ibarətdir. İnşaatın birinci mərhələsi kimi ərazidə torpaq örtüyü hamarlanıb. Birinci zonada tikinti-quraşdırma işlərinə başlanılıb və örtüyün armatur-karkas elementləri yığılır. Bir hissəsi artıq betonlanıb.

Stansiyanın dərinliyi yerləşdiyi ərazinin relyefindən asılı olaraq 29-32 metrdir. Bu kompleks 4 səviyyədən ibarət olacaq. Yuxarı səviyyədə kassa zalı və vestibül yerləşəcək. İkincisi keçid və yaxud texniki səviyyədir. Üçüncü səviyyə platformaya keçid xarakterli mezonin səviyyəsi olacaq. Platforma səviyyəsində qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalı yerləşəcək. Platforma Bənövşəyi xəttin digər stansiyaları kimi 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Uzunluğu 144 metr olan platformanın altı texniki qurğular üçün nəzərdə tutulub.

Stansiyanın 4 giriş-çıxışı yerüstü sahədə avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək. Burada da səviyyədən səviyyəyə keçid məqsədilə eskalatorlar quraşdırlacaq və pilləkənlər inşa olunacaq. Xəttin digər stansiyaları kimi burada da əlil arabalarının stansiyaya düşürülməsi üçün liftlər quraşdırılacaq.

Hazırda Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunda metropolitenin sayca 27-ci stansiyası yerləşəcək. "B-04” stansiyası isə metropolitenin 28-ci stansiyası olacaq.

Bakıda yeni metro stansiyasının inşasına başlanıldı
Bakıda yeni metro stansiyasının inşasına başlanıldı
Bakıda yeni metro stansiyasının inşasına başlanıldı
Bakıda yeni metro stansiyasının inşasına başlanıldı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar