Xəbər lenti
Xalq artisti Şuşada oğlunun şəhid olduğu yerdə - VİDEO

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur oğlunun şəhid olduğu Şuşa şəhərinə səfər edib.
Manevr.az xəbər verir ki, aktyor Cıdır düzünə baş çəkərək şəhid olmuş övladının ruhuna şeir səsləndirib: "Mənim oğlum - baş leytenant, tabor komandiri Rövşən Nurzadə Şuşanın girişində şəhid olub. O Füzulinin, Cəbrayılın, Qubadlının alınmasında iştirak edib. Daşaltıda yaralansa da, nə qədər etsələr də geri qayıtmadı. Bu qələbə ilə Şuşanın girişində şəhid oldu...
Salam, oğlum,
Salam, oğlum!
Vətənə arxa duran qəhrəman,
Daşaltıda düşmənə qan udduran Qəhrəman!
Sən bu xalqın əbədi xatirində qalmısan,
Şuşanın göylərindən cənnətə yol salmısan,
Salmısan ürəklərə sonsuz məhəbbət, Şəhid!
Bu yalançı dünyada mütləq həqiqət şəhid.
Elə bil ki, Babəksən yağı döyüşlərində,
Qarabağ savaşında, Şuşa döyüşlərində.
Canla zarafat olmaz, cəsarətin bəllidir
Yadigar balaların anana təsəllidir.
Təsəllidir atana təbəssümlü şəkillər,
Səni xatırlayacaq gələcəkdə nəsillər.
Sən şəhidsən, şəhidlik əbədilik deməkdir
Vətənə sarılmaq da bir məhəbbət deməkdir,
Mən də şəhid olardım, o məndən başlasaydı.
Sənə Tanrı deyərdim, oğul, Tanrı bağışlasaydı.
Sağ ol oğlum, salamat qal,
Salam deyərsən şəhid qəhrəmanlara
Qayalara dırmanıb Şuşanı alanlara...
Şeir deyəndən sonra Əli Nur göz yaşlarını saxlaya bilməyib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar