Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda iki avtomobil brendinin istehsalına başlanıldı: Qiyməti nə qədər olacaq? - ŞƏKİL

Tarix: 17-09-2021 20:16     Baxış: 4131 A- / A+
Azərbaycanda iki avtomobil brendinin istehsalına başlanıldı: Qiyməti nə qədər olacaq? - ŞƏKİL

Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş Park” MMC-nin avtomobil istehsalı zavodunda minik avtomobilləri və sərnişin avtobuslarının istehsalı üzrə yeni xətt istifadəyə verilib.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bununla əlaqədar keçirilmiş tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Emin Axundov, Özbəkistanın “UzAvtoSanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov, Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov da iştirak ediblər.

Yeni istifadəyə verilmiş istehsal xətti üzrə “Azərmaş Park”ın Özbəkistanın “UzAvtoSanoat” Səhmdar Cəmiyyəti ilə birgə layihəsi çərçivəsində “Chevrolet” markalı minik avtomobilləri və Yaponiyanın “İSUZU” brendinin avtobusları istehsal ediləcək.

İstehsal xəttində birinci mərhələdə il ərzində 4 modeldə 5000 “Chevrolet” minik avtomobili, 1000 ədəd “ISUZU” avtobuslarının və pikaplarının buraxılması nəzərdə tutulur. İnvestisiya dəyəri 14 mln. manat olan layihənin reallaşdırılması nəticəsində 150-ə yaxın iş yeri açılıb.

Müəssisənin istehsal etdiyi avtomobil və avtobuslar daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrərə də ixrac ediləcək.

Qeyd edək ki, burada istehsal edilən “Chevrolet” minik avtomobillərinin dəyəri 17 000 ilə 130 000 manat arasında dəyişir. Avtomobillər növbəti həftələrdən etibarən satışa çıxarılacaq.

Xatırladaq ki, Hacıqabul Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2017-ci il tarixli Sərəncamı ilə yaradılıb. Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur qurulub, inzibati bina, texniki və köməkçi binalar tikilib, abadlıq işləri aparılıb. Digər sənaye məhəllələrinə olduğu kimi, Hacıqabul Sənaye Məhəlləsinə də sahibkarlar tərəfindən böyük maraq göstərilir.

Azərbaycanda iki avtomobil brendinin istehsalına başlanıldı: Qiyməti nə qədər olacaq? - ŞƏKİL
Azərbaycanda iki avtomobil brendinin istehsalına başlanıldı: Qiyməti nə qədər olacaq? - ŞƏKİL
Azərbaycanda iki avtomobil brendinin istehsalına başlanıldı: Qiyməti nə qədər olacaq? - ŞƏKİL
Azərbaycanda iki avtomobil brendinin istehsalına başlanıldı: Qiyməti nə qədər olacaq? - ŞƏKİL
Azərbaycanda iki avtomobil brendinin istehsalına başlanıldı: Qiyməti nə qədər olacaq? - ŞƏKİL
Azərbaycanda iki avtomobil brendinin istehsalına başlanıldı: Qiyməti nə qədər olacaq? - ŞƏKİL
Azərbaycanda iki avtomobil brendinin istehsalına başlanıldı: Qiyməti nə qədər olacaq? - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar