Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
BÜTÜN XƏBƏRLƏR

Həbsxanada koronavirusa yoluxan sabiq icra başçısından xəbər var

Tarix: 17-09-2021 11:51     Baxış: 4220 A- / A+
Həbsxanada koronavirusa yoluxan sabiq icra başçısından xəbər var

Həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyevin vəziyyəti ağır olaraq qalır.

Manevr.az
bildirir ki, bu barədə oxu.az-a onun vəkili məlumat verib. Vəkilin sözlərinə görə, M.Quliyevin səhhətində hər hansı yenilik yoxdur:

"Müalicəsi davam edir, vəziyyəti isə ağır olaraq qalır”.

Vəkil onu da əlavə edib ki, M.Quliyev barəsindəki cinayət işi üzrə məhkəmə prosesinin növbəti tarixinin sentyabr ayı ərzində təyin edilməsi gözlənilmir.

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

Ötən il aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar